Layihənin başlıca məqsədi Qərbi Azərbaycanın tarixi və mədəni irsi, türkmənşəli toponim və hidronimləri, əhalisinin XX əsrə qədərki etnik tərkibi, o cümlədən ötən əsrin ortalarından başlayaraq Qərbi azərbaycanlılara qarşı törədilən deportasiya və məcburi köç kimi real tarixi faktları yerli və əcnəbi kontingentin diqqətinə çatdırmaqdır.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində iravanculture.com adlı veb platforma yaradılmış, sənədli videomateriallar hazırlanmış, Bakı, Quba və Lənkəranda gənclərlə maarifləndirici görüşlər keçirilmişdir. Layihə əsasən yerli, qismən xarici kontingentin maarifləndirilməsinə xidmət edir. Bu layihənin davamlı olması istiqamətində layihə könüllülərindən ibarət xüsusi bir qrup yaradılmışdır!